Dünya çempionatı: Azərbaycan güləşçisi səhhətindəki problemə görə xalça üzərinə çıxmayıb

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov (86 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatından kənarda qalıb.

Bu gün mübarizəyə qoşulmalı olan idmançı səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb. Bu səbəbdən Abakarova texniki məğlubiyyət verilib.

Qeyd edək ki, Abubakr Abakarov startda iranlı Səccad Qulami ilə qarşılaşmalı idi.