
Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib.
Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib.
Bu barədə Olimpsporta Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev məlumat verib.
Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.
Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan məktəbin direktoru Faiq Qurbanov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



