Tural Əliyev I dərəcəli beynəlxalq hakim statusuna layiq görülüb

İyun ayında Bolqarıstanin Samokov şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində beynəlxalq dərəcəli 1-ci kateqoriyali hakimlik statusu almaq üçün sınaq imtahanında iştirak edən Tural Əliyev ilin yekununda imtahanların nəticəsinə görə 1-ci dərəcəli beynəlxalq hakim statusuna layiq görülüb.


Tural Əliyev həmçinin sərbəst güləş üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisidir yetirmələri dünya və Avropa birinciliyinin qalibləridir. 

Tural Əliyev pəhləvan güləşi üzrə 3 qat Avropa çempionu,3 qat dünya kubokunun sahibi, 2009-2011 ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi adına layiq görülüb,kəmər güləşi üzrə 2 qat dünya çempionudur.
Qeyd edək ki, 35 yaşlı Tural Əliyev 1-ci kateqoriya üzrə ölkəmizin ən gənc güləş hakimidir. Onun ən yüksək 1-S hakimlik kateqoriyasına tezliklə yüksəlmək potensialı var.


Xatırladaq ki, təcrübəli hakim və məşqçi eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.