Avropa çempionatında daha 2 medal

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Bu gün Azərbaycan millisi daha 2 medal qazanıb.

Elnurə Məmmədova (55 kq) finalda rumıniyalı Andrea Beatriçe Ana ilə üz-üzə gəlib. Rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. 

Nigar Mirzəzadə (68 kq) isə 3-cü yer uğrunda qarşılaşmada ispan Marta Navarroyla mübarizə aparıb və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.