Olimpsport.az "Aslanov Wrestling"lə rəsmi əməkdaşlığa başladı

Aslanov Elvin Aslan oğlu 1990-cı ildə Masalı rayonunun Sərçuvar kəndində anadan olub.

Güləş İdman növünə 2003-cü ildə Neftçi İdman kulubunda başlayıb. İlk müəllimi isə Quliyev Gülbaba olub. 2007-ci ildən Azərbaycan millisinin tərkibində məşqlərin davam etdirib, Resbubilka mükafatçısı və bir çox beynəlxalq yarışların qalibi olub. 2008-ci ildə Dağıstanın Mahaçqala şəhərinə köçərək 7 il orada yaşayıb. Mahaçqalada Əli Əliyev məktəbində məşqlərini və öz ustalığını artırıb. Dağıstan Dövlət Pedaqoji Universitetinə qəbul olub, 2014 yenidən Azərbaycan Respublikasına qayıdıb. Aslanov Elvin daha sonra hərbi xidmətə yola salınıb. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildən də Zirvə Beynəlxalq İdman Klublarının baş məşqçisi təyin olunub. 2019-cu ildən bu günə kimi azyaşlı uşaqların və yeniyetmələrin inkişafında böyük əməyi və zəhməti olub və davam edir!

Mən Aslanov Elvin - məqsədim budur ki, özüm tanımış və titullu idmançı olmasam da, Avropa, dünya çempionu olacaq tələbələr yetişdirim!