Möhtəşəm açıq güləş turniri keçiriləcək - VİDEO

25-26 iyun tarixlərində Motivator Azərbaycan layihəsinin təşkilatçılığı və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə möhtəşəm açıq güləş turniri keçiriləcək. 

Olimpsport.az-ın məlumatına görə, Şuşa ilinə həsr olunan "Şuşa - 270" adlı yarışda yunan-Roma və sərbəs güləş növlərində 600-dən çox güləşçi çempion kəməri uğrunda mübarizə aparacaqlar. 

Turnirə ev sahibliyini Abşeron İdman və Olimpiya Kompleksi edəcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

İzləyicilər arasında iş adamları, tanınmış şəxslər, idman xadimləri, ictimai xadimlər də olacaq. Bu turnir yaddaşlardan heç vaxt silinməyəcək.