Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi finala yüksəlib
Azərbaycanın daha 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
Yarımfinalda 65 kq-da mübarizə aparan İlyas İsayev türkiyəli Fatih Acara 10:2, 110 kq-da çıxış edən Yusif Dursunov isə fransalı Levan Laqvilavaya 10:4 hesabı ilə qalib gəlib. Finalda İsayev gürcüstanlı Qoqa Otinaşvili ilə, Dursunov isə türkiyəli Taha Yakup Temellə üz-üzə gələcək.
80 kq-da yer alan Şəmistan Axundov isə finala gedən yolda macarıstanlı Peter Şombor Şivnovskiyə 0:13 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşdə Pavlo Vaskovski (Ukrayna) / Şakir Bislimi (Şimalim Makedoniya) cütünün qalibi ilə mübarizə aparacaq.