Heyətində heç bir legioner olmayan millimiz Avropa çempionu oldu
Xəbər verdiyimiz kimi, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında 2022-cil Avropa birinciliyində millimiz yüksək nəticə ilə komanda hesabında 1-ci yeri tutmuşdur.
Sevindirici haldır ki, millimizin heyətində heç bir legioner idmançı çıxış etməmişdir. Arzu edirik ki, yuxarı yaş kateqoriya üzrə millilərimiz də bu cür yerli idmançılara güvənərək öz gücünü beynəlxalq arenalarda nümayiş etdirsin.
Yeniyetmələrin uğurlu çıxışı bir daha sübut etdi ki, bizim məktəblərdə kifayət qədər potensialı olan güclü pəhləvanlar var. Sadəcə inanmaq və iradə etmək lazımdır. Necə ki, baş məşqçi Əsgərxan Novruzov bunu bacardı.