Azərbaycanın sərbəst güləşçiləri reytinq turnirini 9 medalla başa vurublar
Azərbaycanın sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirini 9 medalla başa vurublar.
86 kq-da Abubakr Abakarov finalda gürcüstanlı Tarzan Maysuradzeni 3:2 hesabı ilə yenib.
92 kq-da isə Gürcüstanın digər təmsilçisi həlledici qarşılaşmaya çıxmadığından Osman Nurməhəmmədov texniki qələbə sayəsində qızıl medala yiyələnib.