"Təhsil" İdman Mərkəzinin idmançısı İranda qalib olub

Mirkişiyev Turan Şakir oğlu 25 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunundandır. 182 saylı tam orta məktəbin şagirdi olan Turan Mirkişiyev 4 ildir ki, idmanın sərbəst güləş növü ilə məşğuldur. Yeniyetmələr arasında bu il keçirilən Bakı şəhər birinciliyinin bürünc medal (48 kq) sahibidir. O, həmçinin keçən ay İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən turnirdə həm fərdi, həm də komanda hesabında 51 kq çəki dərəcəsində 1-ci olub.

Xatırladaq ki, "Təhsil" İdman Mərkəzinin yığma komandası baş məşqçi, əməkdar məşqçi Namiq Nəsibovun rəhbərliyi altında İranda təlim-məşq toplanışında və yarışda iştirak edib.
1-saylı "Təhsil" İdman Mərkəzinin idmançısı Turan Mirkişiyev əməkdar məşqçi Ramin və Zamin Allahverdiyevlərin rəhbərliyi altında güləşin sirlərini öyrənir.