Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günün görüşləri başa çatıb. 

Bu gün -66 kq. çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət milli yığma komandamızın üzvü  Samir Piriyev gümüş medala sahiblənərək turnirin ikincisi olub. O, finalda Eran Fiksə (İsrail) uduzub.

Qeyd edək ki, S.Piriyev finala qədər Brobold Qustav (Norveç), İtshak Yonatan (İsrail), Lojaniçiç Marko (Serbiya), Altermirov Deniyə (Belçika) qalib gəlmişdi.