Mariya Stadnikdən qızıl medal
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala adlayıb.
Qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
Turan Bayramov (74 kq) yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abubakr Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Hacı Əliyev də (65 kq) adını finala yazdırıb.