Azərbaycanın 2 güləşçisi İslamiadada medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

55 kq-da yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.

Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub.

Həmçinin Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.