Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, yığma noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.