"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

Futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan" 5 oyunçusu ilə yollarını ayırıb.

Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesio ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Araz Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün matçlarda məğlub olub.