
Azərbaycan kubokunda bütün 1/4 finalçılar bilindi
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Bununla da 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
2-ci oyun günü üçün nəzərdə tutulan 3 matçdan artıq 2-si başa çatıb. "Zirə" "Mingəçevir"ə qalib gəlib (2:0) və 1/4 finala adlayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu mərhələdə "Neftçi"yə rəqib olub. "Kəpəz" "Sumqayıt"dan üstün olub - 1:0. Gəncə komandası növbəti mərhələdə "Turan Tovuz" ilə qarşılaşacaq.
"Sabah" isə "Qaradağ Lökbatan"la üz-üzə gəlib və 5:0 hesabı ilə qalib gəlib. "Sabah" 1/4 finalda "Səbail"lə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final 1 matçdan ibarətdir. Bu mərələnin digər 3 görüşü dünən keçirilib. "Qəbələ", "Səbail" və "Turan Tovuz" 1/4 finala adlayıblar. "Qəbələ" bu mərhələdə son çempion "Qarabağ"la, "Səbail" isə "Sabah"la üz-üzə gələcək.
23 noyabr (çərşənbə)
17:00. “Sabah” – “Qaradağ Lökbatan” - 5:0
Qol: Davit Volkov, 33, Bəxtiyar Həsənalızadə, 39, Emmanuel Apeh, 61, 88, 90+1
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
“Bank Respublika Arena”
14:00. “Mingəçevir” – “Zirə” - 0:2
Qol: Dimitrios Çantakias, 30, Rüstəm Əhmədzadə, 60
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Kəpəz” – “Sumqayıt” - 1:0
Qol: Mixeil Erqemlidze, 9
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu
22 noyabr
“Qəbələ” – “Araz Naxçıvan” - 5:0
MOİK – “Səbail” - 0:4
“Şamaxı” – “Turan Tovuz” - 0:1
1/4 final cütlükləri
“Qarabağ” - “Qəbələ”
"Zirə" - “Neftçi”
"Kəpəz" - "Turan Tovuz"
"Səbail" – "Sabah"
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



