"Neftçi" "Səbail”ə qalib gəldi

Bu gün Misli Premyer Liqasında millinin yoxlama oyunları ilə əlaqədar yaranan 14 günlük fasilə başa çatıb.

İlk oyun günündə 15-ci turun bir görüşü keçirilib. "Neftçi" "Səbail"i qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin kapitanı Emin Mahmudov oyunda het-trik edib.

Qeyd edək ki, turun digər oyunları 27-28 noyabr tarixlərində keçiriləcək.

27 noyabr (bazar)

16:00. “Neftçi” – “Səbail” - 3:1 

Qollar: Emin Mahmudov, 27 (1:0), 51 (2:0), Rafael Məhərrəmli, 63 (2:1), Emin Mahmudov, 77 (3:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
“Bakcell Arena”

28 noyabr (bazar ertəsi)

14:00. “Şamaxı” – “Kəpəz”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: 
Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov
“Azersun Arena”

29 noyabr (çərşənbə axşamı)

14:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər
: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 14 13 1 0 40-8 40
2 Sabah 14 11 2 1 30-10 35
3 Neftçi 15 10 2 3 31-15 32
4 Zirə 14 7 1 6 16-21 22
5 Qəbələ 14 6 2 6 17-15 20
6 Turan Tovuz 14 4 4 6 10-18 16
7 Səbail 15 2 4 9 12-23 10
8 Şamaxı 14 2 4 8 12-23 10
9 Kəpəz 14 2 3 9 11-29 9
10 Sumqayıt 14 0 5 9 6-23 5

 

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 11 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Runi Eva ("Turan Tovuz") - 6 qol