"Sabah"dan qələbə, Sumqayıtda bərabərlik

Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.

Sonuncu oyun günündə iki görüş keçirilib.

Əvvəlcə Turan Tovuz" "Sabah"ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Tura saat 16:30-da başlayan "Sumqayıt" - "Qəbələ" qarşılaşması ilə yekun vurulub. Görüş 1:1 hesabı ilə başa çatıb.

29 noyabr (çərşənbə axşamı)

16:30. “Sumqayıt” – “Qəbələ” - 1:1 

Qollar: İsnik Alimi, 74-pen. (0:1), Todor Todoroski, 79 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
“Kapital Bank Arena”

14:00. “Turan Tovuz” – “Sabah” - 0:1

Qol: Aleksey Kaşuk, 80
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

27 noyabr (bazar)

“Neftçi” – “Səbail” - 3:1 

28 noyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Zirə” - 0:0 

14:00. “Şamaxı” – “Kəpəz” - 1:1 

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 13 2 0 40-8 41
2 Sabah 15 12 2 1 31-10 38
3 Neftçi 15 10 2 3 31-15 32
4 Zirə 15 7 2 6 16-21 23
5 Qəbələ 15 6 3 6 18-16 21
6 Turan Tovuz 15 4 4 7 10-19 16
7 Şamaxı 15 2 5 8 13-24 11
8 Səbail 15 2 4 9 12-23 10
9 Kəpəz 15 2 4 9 12-30 10
10 Sumqayıt 15 0 6 9 7-24 6

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 11 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Runi Eva ("Turan Tovuz") - 6 qol