FƏRİD QAYIBOVUN YENU UĞURU
Bu gün – 3 dekabr 2022-ci ildə Portuqaliyanın Albuferia şəhərində 50 Avropa ölkəsinin milli gimnsastika federasiyalarının qitə birliyi Avropa Gimnastikasının (European Gymnastics) başqa sözlə, Avropa Gimnastika İttifaqının (Fransızca Union Européenne de Gymnastique, UEG) 29-cu konqresinə yekun vurulub. Ənənəyə görə hər dörd ildən bir təşkilatın icra orqanlarına seçkilər keçirilir.
Pandemiya ilə əlaqədar ötənilki konqres təxirə salındığından bu dəfəki ali forumda növbəti 3 il üçün təşkilatın yeni rəhbərliyi müəyyən edildi. 45 ölkə konqresə öz nümayəndələrini göndərib. 2017-ci ildən quruma 5-ci prezident kimi rəhbərlik edən doktor Fərid Qayıbov yekdil səslə yenidən Avropa Gimnastikasına prezident seçildi.
Fərid Qayıbov konqres nümayəndələri qarşısında çıxışında - yüksək etimad üçün sağ olun! Bununla fəxr edirəm - dedi və qitəmizdə gimnastikanın inkişafı üçün mümkün olan hər şeyi edəcəyinə əminliyini bildirdi. Prezident heyətində texniki komitə rəhbərləri ilə yanaşı İcraiyyə Komitəsində Michel Boutard (Fransa), Tom Thingvold (NOR), Edvard Kolar (SLO), Kineret Tzedef (ISR), Alvaro Sousa (POR), Solveig Jonsdottir (ISL), Paolo Frising (LUX), Marta Pagnini (ITA), Natalja Inno (EST), Ciaran Gallagher (IRL) müzakirələrdə və qərarların verilməsində iştirak edəcəklər.
Avropa Gimnastikasının 8 texniki komitələrinin yeni heyətləri də seçilib. Bədii gimnastika Texniki Komitəsinin tərkibinə Azərbaycandan Yevgeniya Vilyayeva, “Gimnastika hamı üçün” Texniki Komissiyası üzvlüyünə Ruslan Eyvazov, TeamGym Texniki Komitəsinin heyətinə İrina İsrafilbəyova da seçiliblər. Bu qələbə, xüsusilə, təməli 1982-ci ildə qoyulmuş mötəbər qitə idman təşkilatı Avropa Gimnastikasının 5-ci prezidenti Fərid Qayıbovun ikinci dəfə bu məsul posta seçilməsi ölkəmiz adına böyük uğur və iftixardır! Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Fazil oğlu Qayıbov 2004-cü ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), həmçinin Beynəlxalq İdman Mətbuatı Assosiasıyasının (AİPS) üzvüdür.
AİJA olaraq Fərid müəllimi növbəti qələbə münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, məsuliyyətli dövlət qulluğunda və gələcək beynəlxalq fəaliyyətində yeni uğur zirvələri arzulayırıq!
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA)
24-04-2024
"Liverpul" Hollandiya klubunun baş məşqçisi ilə danışıqlara başlayıb
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşib
Azərbaycanın stolüstü tennisçisi bürünc medal qazanıb
Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
“Milan”ın hücumçusu ABŞ klubuna keçir
Şahmat üzrə Azərbaycan çempionatında növbəti finalçı bəlli olub
"Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb
Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
"Sumqayıt"ın baş məşqçisi İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub
“Yuventus” İtaliya Kubokundakı rekordunu yeniləyib
Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
İngiltərə çempionatının iki futbolçusu zorakılıqda şübhəli bilinərək saxlanılıb
"Arsenal" London derbisində "Çelsi"ni məğlub edib
İtaliya Kuboku: “Yuventus” finala yüksəlib
23-04-2024
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
Azərbaycan millisi Belarusa uduzub
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
AVRO-2024: Oyunları idarə edəcək hakimlər bəlli olub
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
Şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
"Milan" baş məşqçisi ilə yollarını ayıracaq
"İnter" İtaliya A Seriyasında qalib gəlib
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurub
Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
Parataekvondo üzrə Azərbaycan millisi Qubada hazırlıq keçir