"Səbail" "Sabah"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi

Bu gün Azərbaycan kubokunun 1/4 finalında ilk oyunlara yekun vurulub.

2-ci oyun günündə 2 matç keçirilib.

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qərb derbisində hesabı meydan sahibləri açsa da, qonaqlar 2 qol vuraraq əzmkar qələbə qazanıblar.

Günün digər görüşündə isə "Sabah" səfərdə "Səbail"ə uduzub - 2:3.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.

9 dekabr (cümə)

17:00. “Səbail” – “Sabah” - 3:2

Qollar: Kizito Luvaqa, 32 (1:0), Franko Mazurek, 62, (2:0), 72 (3:0), Kristian Sebalyos, 80 (3:1), David Volkov, 90+4 (3:2)

Qırmızı vərəqə: Nicat Mehbalıyev, 12 ("Sabah")
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”

14:00. “Kəpəz” – “Turan Tovuz” - 1:2 

Qollar: Abdullahi Şuaybu, 9 (1:0), Runi Eva, 52-pen. (1:1), Ehtiram Şahverdiyev, 63 (1:2)
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Gəncə şəhər stadionu

8 dekabr (cümə axşamı)

“Qarabağ” – “Qəbələ” - 2:2 

“Zirə” – “Neftçi” - 1:0