Qattuzo Qazaxıstan millisində?

“Milan”ın sabiq futbolçusu, hazırda “Piza”nın baş məşqçisi olan Cennaro Qattuzo Qazaxıstan millisini çalışdıra bilır.

Olimpsport.az aytının məlumatına görə, hazırda Qazaxıstan Futbol Federasiyası italiyalı mütəxəssislə danışıqlar aparır. Qazaxıstan çempionatının inkişaf etməsinə baxmayaraq, yığmanın FIFA reytinqində 116-cı yerdə olması federasiya rəhbərliyi qane etmir. Qazaxlar Qattuzonun ölkə yığmasına uğur qazandıracağını düşünürlər.

Qeyd edək ki, buna qədər “Syon”, “Palermo” və OFI klublarında nəticə verə bilməyən Qattuzo, hazırkı klubunda uğur qazanmaq üzrədir. 38 yaşlı məşqçinin komandası “B” seriyasına yüksəlməyə yaxındır.