"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernandu Santuş ilə yollarını ayırıb.

"Olimpsport" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

Qeyd edək ki, "Beşiktaş" bu gün Superliqanın XXXII turunda "Samsunspor"la heç-heçə edib - 1:1. Komanda hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.