Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib
Amerika Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.
"Olimpsport" xəbər verir ki, D qrupunda keçirilən qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəlib.
Bu komandalar arasında III turun oyununda qalib müəyyənləşməyib - 1:1. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.
Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.
Amerika Kuboku
1/4 final
Argentina - Ekvador
Venesuela - Kanada
Uruqvay - Braziliya
Kolumbiya - Panama
Yarımfinalda 1/4 finalın birinci və ikinci, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək.