
Yerli məşqçilərin inkişafı istiqamətində yeni layihəyə start verilir
Azərbaycan Voleybol Federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.
"Olimpsport" xəbər verir ki, AVF bu dəfə mütəxəssislər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.
İlk kurs 9-12 avqust aralığında Qəbələ şəhərində baş tutacaq. Burada Oğuz Rayon Voleybol Klubunun tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər olacaq. Sonda imtahanda uğur əldə edən mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Dərslər FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme tərəfindən keçiriləcək.
Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda işləyə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
Daha çox xəbər


29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
