
"Neftçi" və "Qarabağ" klubları cərimələnib
AFFA İntizam Komitəsi "Qarabağ", "Neftçi", "Araz-Naxçıvan" və "Sumqayıt" klublarını cərimələyib.
"Olimpsport" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Naxçıvan təmsilçisi I turda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları matçdan sonra meydana kənər şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək. Klub görüş bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədikləri üçün 500 manat cərimələnib.
Həmin qarşılaşmada ikinci sarıdan qırmızı vərəqə alan "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev bir oyunluq cəza alıb, Ağdam klubuna 500 manat cərimə tətbiq edilib.
"Neftçi" isə "Turan Tovuz"la matçda (0:0) azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 1500 manat ziyana düşüb.
"Sumqayıt" "Kəpəz"lə (2:0) görüşdə Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbləri pozulduğuna görə 500, oyun günü planına riayət etməyi üçün isə 1000 manat ödəməli olacaq.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
