
Ronaldu 1000 qol vuraraq karyerasını bitirmək istəyir
Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu 1000 qol vuraraq 41 yaşında karyerasını bitirmək arzusunda olduğunu açıqlayıb.
"Olimpsport" xəbər verir ki, futbolçu bunu İngiltərə yığmasının keçmiş müdafiəçisi Rio Ferdinandın "Yutub" kanalına müsahibəsində deyib.
Hücumçu tezliklə qarşısına 900, daha sonra 1000 qol vurmaq hədəfi qoyacağını, zədəsi olmayacağı təqdirdə karyerasını 41 yaşına qədər davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, 39 yaşlı hücumçunun aktivində 893 qol var (763-ü klub matçlarında, 130-u Portuqaliya millisində). O, beş dəfə Çempionlar Liqasının, üç dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İspaniya və İtaliya çempionatlarının qalibi olub. K.Ronaldu 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu titulunu qazanıb.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
