
İntizam Komitəsi polşalı futbol hakimlərini cəzalandırıb
Polşa Futbol İttifaqının İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı cəzalandırıb.
"Olimpsport" xəbər verir ki, buna ədalət təmsilçilərinin ictimai asayişi və davranış qaydalarını pozmaları səbəb olub.
Onlar 25 min zloti məbləğində cərimə ediliblər. Referilər 5 aylıq diskvalifikasiya olunublar. Hakimlərə iki il sınaq müddəti də verilib. Bu cür hallar yenidən təkrarlansa, cəzaları 1 illik olacaq.
Qeyd edək ki, Frankovski və Musial Çempionlar Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya) matçını idarə etməli idilər. Lakin onlar qarşılaşmadan əvvəlki gecə sərxoş halda polis tərəfindən saxlanılıblar. Bundan əlavə, onlar yol nişanını da oğurlayıblar. UEFA hakimləri başqaları ilə əvəz edib.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
