Niderland klubu futbolçusunu "Əl-İttihad"a satıb
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan Niderlandın "Ayaks" klubu futbolçusu Stiven Berqveyni Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a satıb.
"Olimpsport" Amsterdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı vinger 21 milyon avroya transfer olunub.
Berqveyn əvvəllər "Ayaks"ın gənclərdən ibarət komandalarında çıxış edib. Daha sonra PSV-yə, oradan da İngiltərənin “Tottenhem” klubuna keçib. Vinger London təmsilçisinin heyətində 83 oyun keçirib və 8 qol vurub. O, Hollandiya millisində 22 oyunda 6 dəfə fərqlənib.
Stiven Berqveyn ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
