
AİJA ilin ən yaxşılarını elan etdi
AİJA 2024-cü ilin idman laureatlarının adlarını açıqlayıb
İdmançılarımız 2024-cü il ərzində Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər nüfuzlu beynəlxalq turnirlərdə 1718 medal qazanıblar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib. İl ərzində Azərbaycan idmançıları 266 beynəlxalq yarışda iştirakı təmin edilib.
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ənənəsinə sadiq qalaraq 2024-cü ilin qaliblərini aşıqlayıb.
2024-cü ilin idman laureatları
İlin idman xadimi – Rəşad Rəsullu (Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti)
İlin idmançısı
Kişilər
Hidayət Heydərov (cüdo)
Zelim Kotsoyev (cüdo)
Həsrət Cəfərov (ynan-Roma güləşi)
Qadınlar
Lamiyə Vəliyeva (paraatletika)
Ülviyyə Fətəliyeva (şahmat)
Jalə Əliyeva (güləş)
İlin idman jurnalisti – Gəray Qiyasov (Real TV)
İlin idman vloggeri – Orxan Sübhan
İlin televiziya aparıcısı – Aidə Əliyeva (CBC Sport)
İlin fotoreportyoru – Elşən Ağalarov (“Xalq qəzeti”)
İlin məşqçisi – Riçard Trautman (Kişilərdən ibarət cüdo millisinin baş məşqçisi)
İlin hakimi – Asif Şirəliyev (güləş)
İlin federasiyası – Azərbaycan Cüdo Federasiyası
İlin informasiya agentliyi – AzərTAC
İlin telekanalı – İctimai TV
İlin qəzeti – "Olimpiya dünyası"
İlin saytı
İdman - fanat.az
İctimai-siyasi – report.az
Qalibləri təbrik edirik!
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
