AİJA-30
AİJA təmsilçisi sərbəst güləş üzrə Azərbaycan çempionu oldu

AİJA-30
AİJA təmsilçisi sərbəst güləş üzrə Azərbaycan çempionu oldu

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) Azərbaycandakı rəsmi təmsilçisi, bu il yaranmasının 30 illik yubileyini qeyd edən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasında (AİJA) Beynəlxalq qurumun nizamnaməsinə uyğun olaraq müxtəlif idman növləri üzrə komissiyalar fəaliyyət göstərir. Bu komissiyaların yaratdıqları komandalar populyar idman növləri üzrə AİJA-nı ölkə və beynəlxalq yarışlarında uğurla təmsil edirlər.
AİJA güləş komissiyasının rəhbəri təşkilatın vitse prezidenti, AIPS üzvü, “Olimp sport” jurnalının və saytının baş redaktoru, əməkdar məşqçi Ramin Allahverdiyevdir.
Raminin yaratdığı və ictimai əsaslarla fəalijjət göstərən AİJA Güləş Klubunun  yetirmələri dəfələrlə ölkədə və xaricdə təşkil olunan çoxsaylı güləş yarışlarında yüksək nəticələrə nail olmuşlar.
Klubun perspektivli idmançısı Əli Hacıyev  (80 kq) sərbəst güləş üzrə U-17 yeniyetmələr arasında əvvəlcə Bakı, bu gün isə Azərbaycan Çempionu tituluna sahib oldu.
Çempion bu parlaq qələbəsini AİJA-nın 30 illik yubileyinə həsr edib.

Çempionumuzu təbrik edirik!

Ramin Allahverdiyev