AZMİU voleybol komandası çempion olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin voleybol komandası çempion olub.

29.04.2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş voleybol (qızlar) turniri keçirilib. Turnirdə bütün rəqiblərinə qalib gələn AzMİU İdman Klubunun yığma komandası çempion adını qazanıb.

Xatırladaq ki, AZMİU voleybolçuları bu qələbəni Azərbaycan Memarlıq və İnşaat Universitetinin yaranmasının 50 illik yubileyinə həsr ediblər.