
"Qarabağ"dan növbəti transfer
“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Olimpsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə qatıb. 24 yaşlı dayaq yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. O, "köhlən atlar"da 35 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib. O, başa çatan mövsümdə "Alverka"nın heyətində 35 oyuna çıxaraq 2 qol vurub.
Xatırladaq ki, “Qarabağ” daha öncə Dani Boltu transfer edib.
Daha çox xəbər

















03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











