
Məsiyev Almaniya - İtaliya oyununa təyinat aldı
FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Olimpsport.az xəbər verir ki, referi Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya - İtaliya oyununun ehtiyat hakimi olacaq.
Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.
İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











