
Çalhanoğlu "Qalatasaray"a keçir?
“İnter”in prezidenti Cuzeppe Marotta yarımmüdafiəçi Hakan Çalhanoğlunun “Qalatasaray”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Olipsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o deyib:
"Bizə bu məsələ ilə bağlı heç bir rəsmi təklif və ya sorğu daxil olmayıb. Hakan bizim futbolçumuzdur. O, hər zaman olduğu kimi, nümunəvi peşəkar davranış sərgiləyir".
Qeyd edək ki, daha öncə mətbuatda "Qalatasaray"ın Hakan Çalhanoğlu ilə danışıqlara başlaması ilə bağlı xəbərlər yayılmışdı.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











