AİJA Silahlı Qüvvələr Günü münasibəti ilə yarış keçirdi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.

Belə tədbirlərdən biri də 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə AİJA və “Fateh Futbol Akademiyası”nın birgə əməkdaşlığı ilə təşkil olununa U12 yaş qrupları üzrə mini-futbol turniri olub. 40-dan çox azyaşlı yeniyetmənin qatıldığı turnirdə Şəhid övladları da iştirak ediblər. Maraqlı və dostluq əhval-ruhiyyəsində keçən turnirin qalibi “Fateh Futbol Akademiyası” olub. AİJA və Şəhid övladlarından ibarət komanda 2-ci yeri tutub. “Fateh-2” komandası isə 3-cü olub. Turnirin “ən məhsuldar” oyunçusu 2 oyuna 5 qol vurmuş Elnur Nəcəfzadə seçilib. Daha sonra turnirdə yer tutmuş komanda üzvləri yarışın təşkilatçıları, AİJA vitse-prezidenti Ramin Allahverdiyev və Fateh Futbol Akademiyasının rəhbəri Şahin Əliyev tərəfindən diplomla təltif ediliblər.

Qeyd edək ki, Şəhid Cavid Mirzəyevin və Asim Abbasovun ailə üzvləri də turnirdə fəxri qonaq kimi iştirak ediblər. Sonda bütün komandalar xatirə şəkli çəkdiriblər.