
Çüdoçularımızdan 6 medal
Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.
Olimpsport.az xəbər verir ki, onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.
Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. Anar Quliyev (-50 kq), Rəsul Əlizadə (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
Qızlar arasında isə Nərmin Ağamirzəzadə (-48 kq) gümüş, Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.
Daha çox xəbər

















03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











