
"Karvan" 2 futbolçusu ilə yolları ayırdı
2025/26 mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" daha iki futbolçusu ilə yollarını ayırıb.
Olimpsport.az xəbər verir ki, bu brədə klubun mətbut xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi İzzət Müştaqov və 23 yaşlı müdafiəçi Elvin İsmayılovla başa çatan müqavilələr yenilənməyib. Yevlax təmsilçisi futbolçuların hər birinə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Hər iki oyunçu 2023-cü ilin yayından "Karvan"ın formasını geyinirdi.
Xatırladaq ki, "Karvan" bunadək Emil Qasımov, Ezekiel Morqan və Bəhruz Teymurovla da vidalaşıb.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











