"Sabah" Qvadelup yığmasının futbolçusunu transfer edib

“Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelup yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.