"Neftçi" yeni transferini açıqladı

“Neftçi” növbəti transferini rəsmiləşdirib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bakı təmsilçisi Luis Ortisin transferini açıqlayıb. 25 yaşlı vinger 1 il müddətinə icarəyə götürülüb.

Qeyd edək ki, bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Neftçi" bu yay Sessi D’Almeydanı da transfer edib.