
"Kəpəz" kapitanı ilə yolları ayırdı
"Kəpəz" futbolçusu Yeqor Xvalko ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər başa çatan müqaviləni yeniləməyiblər.
Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun "Kəpəz"dəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











