"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.
Olipsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.
İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də toplanışın son matçında rəqib “Zalsburq” (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışında "Metallist" və "Zalsqburq"la qarşılaşacağını daha əvvəl xəbər vermişdik.
Hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
