
AFFA-nın baş katibinə yeni müavin təyin olunub
AFFA-da yeni təyinat gerçəkləşib.
Olipsoprt.az xəbər verir ki, baş katib Cahangir Fərəcullayevə yeni müavin təyin edilib. Bu, Elçin Məmmədovdur.
E.Məmmədov qurumda Klubların Lisenziyalaşdırılması Direktorunun rəhbəridir. O, eyni zamanda indiyədək bir neçə dəfə UEFA tərəfindən Avropa kuboklarının oyunlarına bu qurumun nümayəndəsi qismində təyinat alıb.
Qeyd edək ki, bu təyinatla AFFA baş katibinin müavinlərinin sayı ikiyə çatıb. E.Məmmədova qədər Kamran Vəliyev də müavin vəzifəsində çalışıb və indi də həmin vəzifəni icra edir.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











