
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub
İngiltərənin "Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqu Jota 28 yaşında həlak olub.
Olipsport.az xəbər verir ki, hücumçu avtomobil qəzasında həyatını itirib.
Hadisə İspaniyanın Samora əyalətində baş verib. Futbolçunun yanında olan qardaşı da qəza nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, D.Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin "Liverpul"la İngiltərə çempionluğunu qazanıb.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











