Azərbaycanın iki idmançısı diskvalifikasiya edilib

Azərbaycan karateçisi İlkin Abaslı və boksçusu Rüfət Nəbiyev 24 aylıq diskvalifikasiya edilib.

Olipsport.az xəbər verir ki, İ.Abaslının cəzalanmasına qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi səbəb olub.

R.Nəbiyev isə məkan məlumatı pozuntusu səbəbindən cəzalandırılıb.

Karateçi ilə bağlı sanksiya qərarı bu il mayın 29-dan qüvvəyə minib. Cəzanın müddəti 2027-ci il mayın 29-da bitəcək.

Boksçunun cəzası isə ötən il dekabrın 12-dən tətbiq edilib, 2026-cı ilin dekabrında bitəcək.