
Dünya Kuboku: Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
Azərbaycanın daha bir boksçusu Məhəmmədəli Qasımzadə (60 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunun yarımfinal mərhələsində məğlub olub.
Olipsport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, bu raundda braziliyalı Luis Qabriel du Nasimentoya uduzduğu üçün bürünc medalla kifayətlənib.
Daha əvvəl Sübhan Mamedov (50 kq) da yarımfinalda uduzaraq bürünc mükafat əldə edib.
30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











