Sneyderin oğlundan ilk peşəkar müqavilə
Niderland millisinin sabiq üzvü Uesli Sneyderin oğlu Cessi Sneyder ilk peşəkar müqaviləsini imzalayıb.
Olipsport.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Utrext"lə 3 illik müqavilə bağlayıb.
Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Cessi "Utrext" U-21 gənclər komandasında çıxış edəcək.
Uesli Sneyder sosial şəbəkə hesabında bunları paylaşıb: "Səninlə fəxr edirəm. Qətiyyətin və iradənin mükafatlandırıldı. Hər şey yeni başlayır. Uğurlar oğlum".
Daha çox xəbər
Ölkə futbolu
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər
