Qadın güləşçilər Macarıstanda toplanış keçir
Macarıstanın Tata şəhərində beynəlxalq təlim-məşq toplanışına start verilib.
Qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edir. Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edir. Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.
Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U20 milli komandanın üzvlərinin – Günay Qurbanova (59 kq) Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5-17 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komandamız hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U20 dünya çempionatına qatılacaq.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
