Qız cüdoçularımız 3 qızıl medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan milli komandası möhtəşəm start verib. 

İlk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçumuz çempionluq sevinci yaşayıb. Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.