Ukrayna millisinin baş məşqçisi Azərbaycanla oyundan danışıb
Ukraynanın futbol üzrə milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla oyunda qalib gəlmək əzmindədir.
OLİMPSPORT Ukrayna Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov bildirib.
"Təəssüf ki, zədəlilər çoxdur. Amma onları əvəz edə biləcək kifayət qədər futbolçu cəlb etmişik. İnanıram ki, hazırda millidə olanlar həm sabah, həm də növbəti oyunda çətinliklərlə üzləşməyəcəklər. Rəqibin necə oynayacağını görəcəyik. Məncə, Azərbaycana qarşı son oyunla müqayisədə daha aqressiv oyun nümayiş etdirmək bizim üçün vacibdir. Biz bu barədə danışdıq və mən görürəm ki, futbolçular növbəti iki oyunda qalib gəlmək istəyirlər”, - deyə Rebrov əlavə edib.
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
