Azərbaycanlı yunan-Roma güləşçisi dünya çempionatında yarımfinal mərhələsinə adlayıb
Bakı, 20 oktyabr, OlimpSport.az
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatına start verilib.
OlimpSport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Ziya Babaşov (63 kiloqram) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabı ilə, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
Digər güləşçilər Davud Məmmədov (77 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) ilk görüşlərində rəqiblərinə məğlub olublar. Ayxan Mərdanov (130 kiloqram) isə startda çinli Şuanqyu Çenə "tuş"la qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
